Nasional sosializm

Nasional sosializm
Əsas anlayışlar
İdeologiya
Tarix
Şəxslər
Təşkilatlar
Nasist partiyası və hərəkatı
Yaxın anlayışlar
Alman nasional-sosialistlərinin bayrağı

Nasional sosializm (alm. Nationalsozialismus‎) və ya qısaca Nasizmtotalitar[1], ekstremist, ultrasağ, irqçiantisemit alman ideologiyası[2], 1919-1945-ci illərdə mövcud olan hərəkat, faşizmin bir forması[3]; Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) ideologiyası; tarixdən məlum olan hərəkatların ən radikalıdır. Etnik millətçiliyi, "ari irqi" ideyasını, onun digər irqlərdən bioloji və mədəni üstünlüyünü, irqi antisemitizm ("semit irqi", yəni yəhudilər - "arilərin antipodu və əsas düşməni hesab olunurdu"), slavyanofobiya[4][5], "ari" (alman milli) sosializmi, antikommunizm, antiliberalizm, antidemokratiya[6] ideyalarını özündə birləşdirir. Nasist Almaniyasının rəsmi siyasi ideologiyası[7][8][9][10][11][12][13][14][15], Almaniyada nasist rejiminin (1933-1945) əsası olmuşdur.

Nasional-sosializm öz məqsədinin qeyri-müəyyən uzun müddətdə firavan yaşamaq üçün lazım olan hər şeyə malik olan kifayət qədər geniş ərazidə (“minillik reyx”) “ari irqi” üçün “irqi cəhətdən təmiz” dövlətin yaradılması olduğunu bəyan edirdi[16].

  1. Bracher K. D. Totalitarism. (ing.)
  2. Rachael Krishna. "The Nazis were not socialists". Full Fact. 2020-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-14.
  3. Neocleous, Mark. Fascism. Minneapolis, Minnesota, USA, 1997 p. 23.
  4. Cecil, R. The myth of the Master Race: Alfred Rosenberg and Nazi ideology. London: B. T. Batsford, 1972. P. 19, 22, 61—63, 82—83, 90–92, 187—190.
  5. Joseph W. Bendersky. A concise history of Nazi Germany. Plymouth, England, UK: Rowman & Littlefield Publishers Inc., 2007. P. 161—162.
  6. Фрай Н. Государство фюрера. Национал-социалисты у власти: Германия, 1933—1945 Arxivləşdirilib 2017-07-02 at the Wayback Machine. М.: Росспэн, 2009. С. 32—41.
  7. National Socialism Arxivləşdirilib 2008-06-20 at the Wayback Machine // Encyclopædia Britannica.
  8. National Socialism Arxivləşdirilib 2009-10-28 at the Wayback Machine// Microsoft Encarta Online Encyclopedia 2007. 2009-11-01.
  9. Raymond W. J. Dictionary of Politics. (1992). p. 327. ISBN 1-55618-008-X
  10. National Socialism Arxivləşdirilib 2022-01-28 at the Wayback Machine Columbia Encyclopedia, Sixth Edition. 2001-07.
  11. Fritzsche P. Germans into Nazis. Cambridge, Mass.: Harvard University Press, 1998
  12. Kele M. H. Nazis and Workers: National Socialist Appeals to German Labor, 1919—1933. Chapel Hill: The University of North Carolina Press, 1972
  13. Eatwell, Roger. . «On Defining the ‘Fascist Minimum,’ the Centrality of Ideology», Journal of Political Ideologies, 1996 1(3):303-19
  14. Eatwell R. Fascism: A History. New York: Allen Lane.1997
  15. Payne S. G. A History of Fascism, 1914—45. Madison, WI: University of Minnesota Press, 1995.
  16. Философия: Энциклопедический словарь / Под ред. А. А. Ивина. — М.: Гардарики, 2004. — 1074 с. — ISBN 5–8297–0050–6.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search